Avropa ölkələrində futbol təqviminin sıxlığı UEFA-nı narahat edir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, qitə futbol qurumu futbolçuların yorğunluğunun qarşısını almaq üçün 4-cü dəyişikliyi gündəmə gətirib.
Qurum yaxın gələcəkdə himayəsi altında keçirilən bütün yarışlarda - Avropa çempionatları, Millətlər Liqası və qitəmiqyaslı klub turnirlərində (Çempionlar Liqası, Avropa Liqası, Avropa Superkuboku) 4-cü dəyişiklik sisteminə keçəcək.
Son iki il ərzində gənclər arasında Avropa çempionatında bunu sınaqdan keçirən UEFA nəticədən məmnun qalıb və yeniliyə ehtiyac duyur.