[b]UEFA-nın yeni prezidenti: Bunun əleyhinəyəm[/b]
15.09.2016 - 12:57
[b]UEFA-nın yeni prezidenti: Bunun əleyhinəyəm[/b]

UEFA-nın yeni prezidenti Aleksander Çeferin Avropa çempionatının eyni vaxtda müxtəlif ölkələrdə keçirilməsinin əleyhinədi. Apasport.az saytı xəbər verir ki, o, AÇ-2020-dəki modelin bir daha tətbiq olunmaması istəyindədi.

 

Bununla bağlı danışan Çeferin bildirib ki, Avropa çempionatının eyni anda müxtəlif ölkələrdə keçirilməsi azarkeşlərin əleyhinədi: “Avropa çempionatına qatılan yığmaların sayının 24-ə çatdırılmasını bəyəndim. Lakin turnirin eyni vaxtda 1-dən çox ölkədə keçirilməsi ürəyimcə deyil, əleyhinəyəm. Bu, azarkeşlər üçün rahat deyil. Bir ölkədən digərinə getməkdə məna görmürəm. 2024-cü ildən etibarən bu halın təkrarlanmamasına çalışacağam”.

 

Qeyd edək ki, AÇ-2020 müxtəlif 13 ölkənin şəhərində keçiriləcək. Bunlar Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Münhen (Almaniya), Brüssel (Belçika), Amsterdam (Hollandiya), Kopenhagen (Danimarka), Roma (İtaliya), Bilbao (İspaniya), Dublin (İrlandiya), London (İngiltərə) və Qlazqodu (Şotlandiya).

0