[b]UEFA “Neftçi”nin oyununun yerini dəyişdi[/b]
09.08.2014 - 09:24
[b]UEFA “Neftçi”nin oyununun yerini dəyişdi[/b]

UEFA Avropa Liqasının play-off mərhələsinin ilk oyunları çərçivəsində "Neftçi" klubunun keçirəcəyi qarşılaşmanın yeri dəyişdirilib. Apasport.az saytının xəbərinə görə, qitə futbol qurumu turnirin Əsasnaməsinə uyğun olaraq, avqustun 21-də keçiriləcək qarşılaşmanın Bakıda deyil, Serbiyada təşkil olunması ilə bağlı qərar qəbul edib.

 

Xatırladaq ki, avqustun 8-də İsveçrənin Nyon şəhərində təşkil olunmuş püşkatmanın nəticəsinə görə UEFA Avropa Liqasının play-off mərhələsinin ilk oyunları çərçivəsində  avqustun 21-də Bakıda "Neftçi" - "Partizan" (Serbiya) oyunu keçirilməliydi. Həmin gün Bakıda eyni turnirin eyni mərhələsində "Qarabağ" Hollandiyanın "Tvente" komandası ilə qarşılaşacaq.