[b]UEFA “Neftçi”yə “hə” dedi[/b]
12.08.2014 - 12:47
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi" - "Partizan" oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Apasport.az saytının xəbərinə görə, "Neftçi" rəhbərliyi həmin matçın mərkəzi arenada baş tutması üçün AFFA-ya müraciət etmişdi.
AFFA isə məsələ ilə əlaqədar müvafiq qaydada UEFA-ya müraciət ünvanlamışdı. Artıq Avropa futbol qurumu müraciəti müsbət cavablandırıb.
Beləliklə, avqustun 28-də "Neftçi" - "Partizan" oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
0
0