[b]UEFA bütün dövrlərin ən yaxşı “11-liy”ini açıqladı[/b]
23.11.2015 - 14:57
[b]UEFA bütün dövrlərin ən yaxşı “11-liy”ini açıqladı[/b]

UEFA Çempionlar Liqasında bütün dövrlərin ən yaxşı “11-liy”ini müəyyənləşdirib. Apasport.az qitə futbol qurumunun rəsmi saytına istinadən məlumat verir ki, start heyəti ilə yanaşı, 7 nəfər ehtiyat futbolçu da açıqlanıb.

 

Maraqlıdı ki, Zinəddin Zidan, Canluici Buffon, Ronaldinyo və son dövrlərin ən güclü hücumçularından olan Zlatan İbrahimoviç simvolik “11-liy”ə düşə bilməyiblər.

 

18 nəfərlik heyətdə ispanlar çoxluq təşkil edirlər. Belə ki, İspaniya yığmasının 5 üzvü bu siyahıya düşə bilib.

 

Qapıçı: İker Kasilyas (İspaniya)

 

Müdafiəçilər: Karles Puyol, Serxio Ramos (hər ikisi İspaniya), Alessandro Nesta (İtaliya), Filipp Lam (Almaniya)

 

Yarımmüdafiəçilər: Xavi Ernandes, Andres İnyesta (hər ikisi İspaniya), Stiven Cerrard (İngiltərə)

 

Hücumçular: Lionel Messi (Argentina), Kriştianu Ronaldo (Portuqaliya), Tyerri Anri (Fransa)

 

Ehtiyat oyunçular: Canluici Buffon (İtaliya), Con Terri (İngiltərə), Pavel Nedved (Çexiya), Ronaldinyo, Kaka (hər ikisi Braziliya), Zinəddin Zidan (Fransa), Zlatan İbrahimoviç (İsveç)