[b]UEFA həmyerlimizi “Sent-Etyenn”in oyununa təyin etdi[/b]
13.08.2015 - 11:06
Azərbaycanlı UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu onu Moldovaya göndərir.
Hüseynzadə Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Milsami” (Moldova) – “Sent-Etyenn” (Fransa) görüşünə UEFA nümayəndəsi kimi təyinat alıb.
Qeyd edək ki, avqustun 20-də Kişinyovda keçiriləcək qarşılaşmanı polşalı Pavel Gil idarə edəcək.
0
0