[b]UEFA Türkiyə klubunu cəzalandırdı[/b]
25.09.2014 - 23:24
[b]UEFA Türkiyə klubunu cəzalandırdı[/b]

UEFA-nın Maliyyə Nəzarət Komitəsi 5 klubu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu bu komandaları 2014-2015 mövsümündə avrokuboklarından əldə edəcəkləri gəlirlərdən məhrum edib.

 

Bunlar “Bursaspor” (“Türkiyə”), “Kluj”, “Astra” (hər ikisi Rumıniya), “Buduçnost” (Monteneqro) və “Ekranas” (Litva) klublarıdır.

 

UEFA-nın Maliyyə Nəzarət Komitəsi sözügedən komandaların cəzalandırmasının səbəbi onların ödənməmiş borclarının olduğudur.

 

Qeyd edək ki, Maliyyə Nəzarət Komitəsi bu qərarın qəti olmadığını bildirib. Əsl qərar isə araşdırmalar başa çatandan sonra, sentyabrın 30-da açıqlanacaq.