[b]Ufuk Budak oynamadı, komandası qələbə qazandı[/b]
06.03.2018 - 19:48
[b]Ufuk Budak oynamadı, komandası qələbə qazandı[/b]

Türkiyə TFF I liqasında XXVI turun oyunları keçirilir. Apasport.az saytı xəbər verir ki, millimizin sabiq üzvü Ufuk Budakın komandası “Samsunspor” da meydana çıxıb.

 

“Elazığspor”u qəbul edən Samsun təmsilçisi oyundan qələbə ilə ayrılıb. Belə ki, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

 

Ufuk oyunun iştirakçısı olmayıb. Onun adı "18-liy"ə daxil edilsə də, 28 yaşlı müdafiəçi sona qədər ehtiyatda qalıb.

 

Qeyd edək ki, 26 oyuna 32 xal toplayan “Samsunspor” hazırda turnir cədvəlində 13-cü yerdədi.