[b]Uğursuz gündə ikinci duel[/b]
07.10.2016 - 15:24
[b]Uğursuz gündə ikinci duel[/b]

Azərbaycan millisi tarixində 2-ci dəfə oktyabrın 8-də meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsinin Norveçlə sabah Bakıda keçiriləcək görüşünədək də komandamız bu tarixdə qüvvəsini sınayıb.

 

2010-cu ilin həmin günündə yığmamız Avstriya ilə görüşüb. AÇ-2012-nin Vyanadakı qarşılaşması millimiz üçün uğursuz alınıb.

 

Belə ki, Berti Foqtsun rəhbərliyi altında səfərə çıxan komandamız böyükhesablı yenilgi alıb. Avstriyalılar həmin matçda 3 cavabsız qol vurub.

 

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Norveç matçı saat 20:00-da başlayacaq.

0