[b]"Çelsi"nin ulduz futbolçusu Bakı səfərinə hazırdı[/b]
11.11.2017 - 14:17
[b]"Çelsi"nin ulduz futbolçusu Bakı səfərinə hazırdı[/b]

“Çelsi”nin müdafiəçisi David Luiz sağalıb. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, braziliyalı tezliklə kollektivə qoşulacaq.

 

Belə ki, Luiz komanda ilə məşqlərdə iştirak etməyə hazırdı. Bu isə o deməkdi ki, ulduz futbolçu Çempionlar Liqasının V turunda “Qarabağ”la matça hazır olacaq. Lakin onun London klubundakı gələcəyi şübhə altındadı. Məsələ burasındadı ki, 30 yaşlı mərkəz müdafiəçisi baş məşqçi Antonio Kontenin oyun planın uyğun gəlmir. Hətta bununla bağlı baş məşqçi ilə futbolçu arasında həftə ərzində görüş keçirildiyi də bildirilib.

 

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” qarşılaşması noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək.