Argentina millisinin hücumçusu Mauro İkardi yayda Rusiyada təşkil ediləcək dünya çempionatına aparılmayacaq. Apasport.az saytı xəbər verir ki, bu iddia ilə yerli mətbuat çıxış edib.
Bildirilir ki, 25 yaşlı forvard “İnter”in heyətində uğurlu mövsüm keçirməsinə baxmayaraq, adı baş məşqçi Xorxe Sampaolinin siyahısında yoxdu. Buna səbəb kimi isə İkardinin başda kapitan Lionel Messi olmaqla bir neçə futbolçu ilə münasibətinin pis olması göstərilib. Ulduz futbolçunun şəxsi həyatındakı davranışlardan və komanda yoldaşları ilə yola getməməsindən məmnun qalmayan Sampaoli onu dünya çempionatına aparmağı düşünmür.
Qeyd edək ki, Mauro İkardi bu mövsüm A seriyasında keçirdiyi 22 oyunda 18 qola imza atıb.