[b]Ulduz futbolçu üçün 2016-cı il bitdi?[/b]
20.09.2016 - 10:07
[b]Ulduz futbolçu üçün 2016-cı il bitdi?[/b]

“Tottenhem” ciddi itki ilə üzləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, London klubu aparıcı hücumçusu Harri Keynin xidmətindən məhrum olub.

 

“Tottenhem” İngiltərə Premyer Liqasının V turunda “Sanderlend” üzərində (1:0) qələbə qazansa da, son dəqiqələrdə zədələnən Keynin durumunun ciddi olduğu müəyyənləşib. Qələbə qolunun müəllifinin topuq nahiyəsindən ciddi xəsarət aldığı açıqlanıb. Həkimlər onun minimum 2 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar.

 

Hətta 23 yaşlı forvard üçün 2016-cı ilin bitmə ehtimalı da az deyil. Bu isə o deməkdi ki, Keyn ən azı dekabr ayına qədər klubunun və İngiltərə yığmasının oyunlarında iştirak etməyəcək.

 

Qeyd edək ki, İngiltərə yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində gələn ay Malta, Sloveniya, noyabrda isə Şotlandiya ilə qarşılaşacaq.

0