[b]Ünal Aysaldan Luçesku açıqlaması[/b]
13.06.2014 - 01:00
[b]Ünal Aysaldan Luçesku açıqlaması[/b]

 

“Qalatasaray” futbol klubunun başqanı Ünal Aysal komandanın yeni baş məşqçisi ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, Aysal Roberto Mançininin getməsindən sonra ilk olaraq üstünlüyü “Şaxtyor”un baş məşqçisi Mirça Luçeskoya verdiklərini bəyan edib.

 

Aysal klubun televiziyasına verdiyi açıqlamada yaxın 10-15 gün ərzində yeni baş məşqçi ilə anlaşacaqlarına ümid etdiyini bildirib. Luçesku ilə bağlı suala cavab verən “Qalatasaray” başqanı rumıniyalı mütəxəssisin camiədə çox sevildiyini etiraf edib: “Luçesku əvvəllər “Qalatasaray”a böyük xidmət göstərən bir şəxsdir. Amma ən önəmlisi odur ki, komandanı çempion edəndən sonra sürpriz şəkildə “Qalatasaray”dan ayrılıb. Bu baxımdan azarkeşlərimiz də Luçeskunu istəyir. Biz də ilk olaraq ona üstünlük verdik. Onun “Şaxtyor”la daha 1 il müddətinə müqaviləsi var. Amma prezidentlərindən icazə istəyərək bizə gələ bilər. Onun önümüzdəki bazar ertəsinə qədər geri dönəcəyini gözləyirik. Oturub anlaşmanın yollarını axtaracağıq. Ancaq istədiyimiz qərar çıxmasa, böyük bir siyahımızda digər mütəxəssislərin adı var”.