[b]Useyn Bolt “Borussiya” ilə müqavilə bağlayıb?[/b]
26.02.2018 - 13:44
[b]Useyn Bolt “Borussiya” ilə müqavilə bağlayıb?[/b]

Əfsanəvi atlet Useyn Bolt peşəkar futbolçu olmağa hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına gör, yamaykalı idmançı tvitter hesabında “bir futbol klubu ilə müqavilə imzaladım” yazıb.

 

Bu isə böyük səs-küylə qarşılanıb. Bolt yeni klubunun adını sabah açıqlayacağını bildirsə də, onun hansı komandanın formasını geyinəcəyi böyük ölçüdə bəllidi. Belə ki, Almaniya mətbuatı 32 yaşlı sabiq atletin Dortmund “Borussiya”sı ilə anlaşdığını iddia edib. Bir müddətdi komanda ilə məşqlərə qatılan Boltun mart ayından etibarən “Borussiya”nın heyətində meydana çıxması gözlənilir.

 

Qeyd edək ki, Useyn Bolt 100 və 200 metr məsafəyə qaçışda dünya rekordçusudu.