"Arsenal”ın baş məşqçisi Arsen Venger “topçular”ın “sükanı arxası”nda 22-ci ilini keçirir. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, fransalı mütəxəssis “Mançester Yunayted”in əfsanəsi Aleks Ferqyusonu geridə qoyub.
Belə ki, Venger Premyer Liqa tarixində eyni komandada ən uzun müddət çalışan məşqçi ünvanını ələ keçirib. Ona qədər rekord Ferqyusona məxsus idi. Doğrudu, şotlandiyalı mütəxəssis 1986-cı ildən 2013-cü ilə qədər “qırmızı şeytanlar”a rəhbərlik edib. Lakin Premyer Liqa 1992-ci ildə yarandığından, Ferqyusonda göstərici 21 ildi.
Premyer Liqada bir klubda ən uzun müddət çalışmış məşqçilər:
1. Arsen Venger (“Arsenal”): 1996 - ...
2. Aleks Ferqyuson (“Mançester Yunayted”): 1992-2013
3. Devid Moyes (“Everton”): 2002-2013
4. Harri Rednapp (“Vest Hem”): 1994-2001
5. Rafael Benites (“Liverpul”): 2004-2010
6. Alan Kerbişli (“Çarlton”): 2000-2006
7. Sem Ellardays (“Bolton”): 2001-2007
8. Jerar Ulye (“Liverpul”): 1998-2004
9. Cim Smit (“Derbi Kaunti”): 1996-2001
10. Bobbi Robson (“Nyukasl”): 1999-2004
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq