[b]Vengerin yerinə Anri?[/b]
26.02.2018 - 20:01
[b]Vengerin yerinə Anri?[/b]

"Arsenal"ın baş məşqçisi postunda dəyişiklik edilə bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, "topçular"ın hazırkı çalışdırıcısı Arsen Venger yenidən tənqid hədəfinə çevrilib.

 

Buna səbəb "Arsenal"ın İngiltərə Liqa Kubokunun finalında “Mançester Siti”yə 0:3 hesabı ilə uduzması olub.

 

Fransalı mütəxəssisin yerinə həmyerlisi və sabiq yetirməsi Tyerri Anrinin gətiriləcəyi bildirilir. Bununla bağlı açıqlama verən keçmiş hücumçu "Arsenal"ın "sükanı arxası"na keçməyə qarşı olmadığını deyib: "Bu, ürəyimcə olardı. Kim istəməz ki, “Arsenal” kimi klubun baş məşqçisi olsun?".