[b]VII turun oyun cədvəli açıqlandı[/b]
09.11.2017 - 15:43
[b]VII turun oyun cədvəli açıqlandı[/b]

Futzal üzrə Yüksək Liqada VII turun oyun cədvəli açılanıb. Apasport.az federasiyanın feysbuk səhifəsinə istinadən məlumat verir ki, I dövrənin son turuna “Marafon Futsal” – “Neftçi” İK dueli ilə start veriləcək və bu qarşılaşma CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Noyabrın 15-də Bakı İdman Sarayında keçiriləcək tura “Yasamal” FK – EKOL dueli ilə yekun vurulacaq.

 

14:30. “Marafon Futsal” – “Neftçi” İK
16:00. “Araz” – “Xəmsə”
17:30. “Yasamal” FK - EKOL