[b]Viktor Papayev: Azərbaycandan qisas almaq istəyirik[/b]
26.04.2014 - 10:41
[b]Viktor Papayev: Azərbaycandan qisas almaq istəyirik[/b]

“Üçüncü matçımıza gəlincə, bu qısa müddətli turnirdə gözəl nöqtə qoymaq istəyirik. Qələbə üçün oynamağa çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın 17 yaşadək qızlardan ibarət yığmasının baş məşqçisi Viktor Papayev deyib.

Bu gün Novosibirsk şəhərində keçirilən “Avrasiya” turnirinə yekun vurulacaq. Qızlardan ibarət millimiz turnirin qalibi olmaq üçün son turda bu gün Rusiya ilə görüşəcək. Hər 2 komandanın xalı 4 olsa da, top fərqi ilə ruslar üstün durumda olduğundan, mütləq komandamız qalib gəlməlidir.

Papayev fevralda Antalya toplanışı zamanı yığmamıza 0:2 hesabı ilə məğlub olduqlarını xatırlayıb: “Mənə rəqib haqqında danışmaq çətindir. Deyə bilmərəm ki, Azərbaycan yığması hansısa güclü təəssürat bağışlayıb. Ancaq Türkiyədə biz onlara məğlub olmuşuq. Ona görə də burda onlardan qisas almaq, o cümlədən sonuncu oyunumuzdan və ümumilikdə turnirdən maksimum xeyir götürmək istəyirik”.

Qeyd edək ki, millimiz buna qədər Sibir yığması ilə qolsuz heç-heçəyə razılaşıbsa, Sverdlovsk vilayətinin komandasını 4:0 hesabı ilə darmadağın edib.