[b]Vobay “Neftçi”yə qayıtdı[/b]
03.06.2014 - 12:06
[b]Vobay “Neftçi”yə qayıtdı[/b]

Başqa klublarda icarə əsasında çıxış edən futbolçulardan daha biri “Neftçi”yə qayıdıb. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Böyükağa Hacıyev məlumat verib. O bildirib ki, ötən mövsümü Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şaab” klubunda keçirən Julius Vobay növbəti mövsüm “ağ-qaralar”ın heyətində olacaq.

 

Syerra-leoneli sağ cinah futbolçusu ötən mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində “Skenderbeu” ilə oyunlardakı uğursuzluqdan sonra ərəb klubuna icarəyə verilmişdi. O, “Əl-Şaab”da 12 oyuna 1 qol vurub.

 

Qeyd edək ki, “Neftçi” daha 2 icarədə olan futbolçusunu geri qaytarıb. Bunlar ötən mövsüm “Simurq”da çıxış edən Nicat Qurbanov və “Araz Naxçıvan”ın qapısını qorumuş Emil Balayevdir.