[b]Vüsal Əliyev yeni işinə başlayır[/b]
14.08.2015 - 11:20
[b]Vüsal Əliyev yeni işinə başlayır[/b]

Sabiq FİFA hakimi Vüsal Əliyev yeni işinə başlayır. Apasport.az saytının məlumatına görə, Əliyev bundan sonra hakim-inspektor kimi fəaliyyət göstərəcək.

 

Ötən mövsüm başa çatdıqdan sonra hakimlik karyerasını bitirən Vüsal Əliyev yeni işində sabah debüt edəcək. O, Topaz Premyer Liqasının II turu çərçivəsində baş tutacaq “Rəvan” – “Qarabağ” görüşünə hakim-inspektor kimi təyinat alıb. Yəni Əliyev bu qarşılaşmada sabiq həmkarı Ramil Diniyevin idarəçiliyinə qiymət verəcək.

 

Qeyd edək ki, “Rəvan” – “Qarabağ” görüşü sabah “Bayıl Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.