[b]Xaqani Məmmədov: Baş hakim 1-2 epizodda səhvə yol verdi[/b]
09.08.2014 - 23:09
[b]Xaqani Məmmədov: Baş hakim 1-2 epizodda səhvə yol verdi[/b]

AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov Topaz Premyer Liqasının I turunda keçirilən AZAL – “Xəzər Lənkəran” matçı ilə fikirlərini açıqlayıb. HK sədri apasport.az saytının əməkdaşı ilə söhbətində baş hakim Rəhim Həsənovun bəzi səhvlər etdiyini bildirsə də, ümumilikdə onun idarəçiliyindən razı qaldığını bildirib: “Rәhim Hәsәnovun idarәçiliyini yaxşı qiymәtlәndirirәm. Görüşü normal idarә etdi. Sadәcә, 1-2 epizodda sәhvә yol verdi. AZAL-ın futbolçusuna göstərilən qırmızı vәrәqә düzgün qәrar idi. Oyuna gәlincә, maraqlı keçdi. Hәr iki komanda yaxşı mübarizә apardı. “Xәzәr Lәnkәran” daha yaxşı tәsir bağışladı. Maraqlı çempionat izlәyәcәyik”.