“Barselona”nın yarımmüdafiəçisi Xavi Hernandes cari mövsümün sonuna yaxın Qətərin “Əl-Sədd” klubuna keçəcək. Apasport.az saytının məlumatına görə, artıq 35 yaşlı futbolçu Asiya təmsilçisi ilə 3 illik müqavilə də imzalayıb.
İspaniya mətbuatı iddia edir ki, Xavi yeni klubunda illik 10 milyon avrro maaş alacaq. Hernandes Qətər klubunda çıxış etdiyi müddətdə məşqçi lisenziyasını almağı planlaşdırır. Bundan başqa, o, sözügedən ölkənin yerli futbol akademiyasında məsləhətçi vəzifəsində işləyəcək.
Qeyd edək ki, 2012-ci ildən 2014-cü ilə qədər İspaniya və “Real”ın sabiq hücumçusu Raul Qonzales “Əl-Sədd”in formasını geyinib.