Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski aldadılıb. Apasport.az saytının məlumatına görə, o, fırıldaqçıların qurbanı olub.
Bu barədə “Bild” nəşri xəbər yayıb. Belə ki, təcrübəli futbolçu göz xərçəngindən əziyyət çəkən bir uşağın müalicəsi üçün 23,5 min avro ödəyib. Lakin sonradan məlum olub ki, əslində bu, fırıldaqçıların uydurmasıdı.
Onlar internet vasitəsilə elanlar yayaraq göz xərçənginə tutulan bir körpə uşağın ABŞ-da müalicəsinin mümkünlüyünü iddia ediblər və insanlardan kömək istəyiblər.
Bu fırıldağa inananlardan biri də Levandovski olub. Fırıldaqçılar isə aradan çıxmağı bacarıblar.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”