[b]Xorvatiya Futbol Federasiyası azarkeşlərinə Azərbaycana gəlməyi qadağan etdi[/b]
21.08.2015 - 23:56
[b]Xorvatiya Futbol Federasiyası azarkeşlərinə Azərbaycana gəlməyi qadağan etdi[/b]

Xorvatiya Futbol Federasiyası (XFF) yerli azarekşlərə AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan, Norveç və Malta ilə səfər oyunlarına getmək qadağası qoyub. Apasport.az-ın federasiyanın rəsmi saytına istinadən məlumatına görə, buna səbəb xorvatiyalı fanatların irqçi hərəkətləridi.

 

XFF-nin mətbuat xidmətindən bildirilib ki, sentyabrın 3-də və 6-da Azərbaycan və Norveç, oktyabrın 13-də isə Malta ilə oyunlarda stadionlarda qonaq azarkeşlər üçün sektorlar təşkil olunmayacaq.

 

Qeyd edək ki, daha əvvəl UEFA Xorvatiyanın seçmə mərhələ oyunlarında qazandığı 1 xalını silmiş, federasiyanı 100 min avro məbləğində cərimləmiş, üstəlik komandaya iki ev oyununda azarkeşsiz oynama cəzası vermişdi.

 

Bu cəzalara səbəb isə seçmə mərhələ çərçivəsində Xorvatiya – İtaliya oyununda meydançanın qazonunda çəkilmiş faşizm rəmzi “svastika” olmuşdu.