Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliçin taleyinə aydınlıq gəlib. Apasport.az-ın Xorvatiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, 51 yaşlı mütəxəssis postunda saxlanılıb.
Bu gün assosiasiyanın prezidenti Davor Şukerlə görüşən Daliçin komandanı mundiala aparması qərara alınıb. Şuker qrup mərhələsində Ukrayna (2:0) və pley-offda Yunanıstan üzərində qələbənin (4:1, 0:0) memarı olan Daliçin dünya çempionatına yollanmağa layiq olduğunu bildirib. Çalışdırıcı gələn həftə rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, seçmə mərhələnin IX turunda Finlandiya ilə heç-heçədən (1:1) sonra Ante Çaçiçlə yollarını ayıran Xorvatiya Futbol Assosiasiyası Zlatko Daliçi müvəqqəti bu posta təyin etmişdi. Komandanı mundiala aparmağa namizədlər arasında Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin də adı var idi.
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”