Martın 1-də futzal üzrə Yüksək Liqada XVIII turun oyunları keçiriləcək. Apasport.az saytı Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən xəbər verir ki, Bakı İdman Sarayında baş tutacaq turun ilk oyununda “Neftçi” və “Xəmsə” komandaları üz-üzə gələcək.
Bu, “Neftçi”nin qış fasiləsindən sonra ilk oyunu olacaq. Buna qədər onların iştirakı ilə keçirilməli olan 2 matç təxirə salınıb.
Günün ikinci oyunu - “Marafon Futsal” – “Yasamal” İK matçı “CBC Sport” televiziya kanalında canlı yayımlanacaq. Tura autsayder “FK.İD.Futsal”la “Araz”ın qarşılaşması ilə yekun vurulacaq.
Turun oyun cədvəlini diqqətinizə çatdırırıq:
1 mart
12:30. “Neftçi” İK – “Xəmsə”
Bakı İdman Sarayı
14:30. “Marafon Futsal” – “Yasamal” İK (“CBC Sport”)
Bakı İdman Sarayı
16:00. “FK.İD.Futsal” – “Araz”
Bakı İdman Sarayı