Futzal üzrə Yüksək Liqada son turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, XXVIII turun oyunları mayın 15-də keçiriləcək.
Qarşılaşmalar Bakı İdman Sarayında baş tutacaq. Əvvəlcə meydana EKOL və “Yasamal” İK komandaları çıxacaq. Turun mərkəzi oyununda “Neftçi” İK və “Marafon Futsal” görüşəcək. Bu oyunla da çempionata yekun vurulacaq.
Belə ki, “Xəmsə” “Araz”la oyuna gəlməyəcək və çempion 3 xalı oynamadan qazanacaq. Turun son oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçiriləcək.
XXVIII tur
15 may
13:00. EKOL - “Yasamal” İK
Bakı İdman Sarayı
15:30. “Neftçi” İK – “Marafon Futsal”
Bakı İdman Sarayı
№ |
Komanda |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Araz |
23 |
20 |
2 |
1 |
143-34 |
62 |
2 |
Marafon Futsal |
23 |
15 |
2 |
6 |
101-51 |
47 |
3 |
EKOL |
23 |
14 |
2 |
7 |
100-63 |
44 |
4 |
İtaldizain Futsal |
24 |
9 |
6 |
9 |
105-79 |
33 |
5 |
Neftçi İK |
23 |
8 |
5 |
10 |
67-65 |
29 |
6 |
Yasamal |
23 |
5 |
1 |
17 |
67-147 |
16 |
7 |
Xəmsə |
23 |
0 |
2 |
21 |
49-193 |
2 |
Bombardir: Thiaqo Telez Bolinya (“Araz”) – 34 qol