[b]Yan Oblak zirvədə, İbrahim Şehiç astanada[/b]
03.03.2018 - 12:12
[b]Yan Oblak zirvədə, İbrahim Şehiç astanada[/b]

Cari mövsümdə ən çox quru oyun keçirən qapıçıların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvələ 8 və ya daha çox matçda qapısını toxunulmaz saxlayan 100 qolkiper daxil edilib.

 

Bu göstəricidə Avropanın “1 nomrə”si Yan Oblakdı. İspaniya “Atletiko”sunun qapıçısı 17 belə matç keçirib. Bolqarıstan “Levski”sinin əlcək sahibi Bojidar Mitev 16 qarşılaşmada qol buraxmayıb. Hərəyə 15 quru oyuna malik bir neçə qapıçı var ki, daha az görüşə çıxan Mark-Andre Ter Şteqen (“Barselona”) ilk “üçlük”də qərarlaşıb.

 

Azərbaycan Premyer Liqasının rekordçusu İbrahim Şehiç siyahının astanasındadı. Belə ki, “Qarabağ”ın qolkiperi 7 quru oyun keçirib. “Sumqayıt”la bugünkü matçda qapısını toxunulmaz saxlasa, bosniya və herseqovinalı hesabında 8 belə oyun olan 11-liyə çatacaq.