Azərbaycan millisi sabah Moldova ilə yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində baş tutan qarşılaşma yığmamızın yanvarda baş tutacaq 3-cü matçı olacaq.
Belə ki, ilk rəsmi matçını 1992-ci ildə keçirən komandamız indiyədək yalnız 2 dəfə yanvarda meydana çıxıb. Bu da 2005-ci ilə təsadüf edib.
Karlos Alberto Torresin baş məşqçisi olduğu yığma uzaq Trinidad və Tobaqoya səfər etmişdi. Yerli yığma ilə 2 yoldaşlıq oyunu keçirən millimiz qol vurmadan məğlubiyyətləri sıralamışdı.
3-cü dəfə yanvarda oyun keçirəcək komandamız ilk qolunu və qələbəsini qazanmaq imkanına malikdi. Bunun üçün Moldova ilə görüşdə uğur qazanmaq lazımdı.
Azərbaycan millisinin yanvarda keçirilən oyunları
21.01.2005. YO. Trinidad və Tobaqo-Azərbaycan 1:0
23.01.2005. YO. Trinidad və Tobaqo-Azərbaycan 2:0
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"