[b]Yarımfinalda “Qarabağ”la “Qəbələ” şanslıdı[/b]
26.04.2016 - 09:59
[b]Yarımfinalda “Qarabağ”la “Qəbələ” şanslıdı[/b]

“Topaz” Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları üçün əmsalları açıqlayıb. Apasport.az saytının məlumatına görə, aprelin 27-də baş tutacaq qarşılaşmalarda qonaqlar şanslı göstərilib.

 

Belə ki, mərc oyunları operatoru “İnter” – “Qarabağ” duelində “bankirlər”in qələbəsini 2,50, Ağdam təmsilçisinin qalib gəlməsini 2,00 əmsalla qiymətləndirib. Görüşdə heç-heçə 3,50 əmsaldı.

 

“Topaz” “Neftçi” – “Qəbələ” (2,50 – 3,50 – 2,00) oyununa da eyni əmsalları tətbiq edib.

 

Qeyd edək ki, “İnter” rəqibini saat 16:00-da qəbul edəcəyi halda, “Neftçi” matça saat 19:00-da çıxacaq.

0