...1988-ci ildən bu yana bəlkə də ilk dəfə olaraq, “Qarabağ” ifadəsi ilə həmahəng səslənən, fərəh, vüqar və qürurun göz yaşlarında təqdim olunduğu qələbə, qalib ruhunu yaşatdınız. Bəlkə də Qarabağın müzəffərlik salnaməsinin başlanğıcını qoyduz.
Bütün parametrlərdə layiq idiniz zirvəyə. Çempionluq marafonunun startından finiş xəttinədək, bütün mərhələlərdə rəqiblərinizə kim olduğunuzu tanıtdınız.
Çempionluğunuz məntiqi sonluq idi. Kamil rəhbərlik, mükəmməl idarəetmə, peşəkar mütəxəssislər, döyüşçü, qladiator ruhu ilə zənginləşdirilmiş futbolçular və xüsusi təqdimata ehtiyac duyulan, peşəsinə olan sevgisi impulsiv olaraq elektron görüntülərdən belə bəlli olan ağıllı, hiyləgər strateq, məsuliyyətli və eyni qədər də cəsarətli baş məşqçi ilə triumfal qələbə labüd idi.
Şərəflidir, qürurludur, lakin son deyil. Hədəf Avropa meydanlarındadır. Tək Bakıda, Gəncədə yox, Lənkəranda, Tovuzda yox, Qusarda, Mingəçevirdə yox .........Avropanın aparıcı futbol ölkələrində minlərin, on minlərin, bəlkə də yüz minlərin “QA-RA-BAĞ” –“QA-RA-BAĞ” hayqırtısının zamanıdır. Əminəm, bu hayqırtının ən yer titrədici, vulkanik coşquluğu “İmarət Qərvənd”də olacaq!
Ayaqlarınız güclü, rəqib qapılarınız geniş olsun!
Uğurlar!!!
Yaşar Sultanov