[b]Yaşar Vahabzadə: Ən böyük problemimiz hücumçu problemidi[/b]
25.02.2015 - 21:02
[b]Yaşar Vahabzadə: Ən böyük problemimiz hücumçu problemidi[/b]

"Antalya toplanışında iki oyun keçirdik. Uşaqların sərgilədiyi oyundan, əzmkarlıqlarından razıyam. Komandada istək var idi. Qana fiziki, atletik cəhətdən bizim komandadan güclüdü. Məğlub olmağımıza baxmayaraq, uşaqlar sona qədər mübarizə apardılar". Bu sözləri apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Yaşar Vahabzadə deyib.

 

Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununda Qanaya uduzan (1:2) millimizin çalışdırıcısı komandanın ən böyük problemini açıqlayıb: "Birinci hissədə baxımlı oyun göstərdik. İki gündən bir görüş keçirdiyimizə görə, bəlkə də uşaqlarda bir az yorğunluq var idi. Amma yenə də sağ olsunlar ki, axıra kimi mübarizə apardılar. Nə qədər çalışsaq da, hesabı bərabərləşdirə bilmədik. Bu, futboldu. Ən böyük problemimiz hücumçu problemidi. Biz Orxan Əliyevi məcburiyyətdən mərkəz hücumçusu mövqeyində oynadırıq. Birinci oyunda iştirak etdi, pis təsir bağışlamadı. Bu gün də çalışırdı ki, nəsə etsin. Amma klubunda tipik hücumçu kimi yox, cinahda oynayır. Təəssüflə deyirəm ki, hücum xəttində oynamağa futbolçumuz yoxdu. Düzdü, klubların əvəzedici heyətlərində var, hamısını nəzərdən keçirmişik. Lakin bu səviyyədə gəlib oynaya biləcək hücumçu yoxdu. Buna görə də, əlimizdə olanlardan istifadə edirik".