21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sabah Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri Almaniya yığması ilə görüşəcək.
Seçmə mərhələyə Farer adaları ilə səfər matçındakı qələbə ilə başladıqdan sonra xala həsrət qalan komandamız qrupun liderini büdrətməyə çalışacaq. Tsikldə cəmi 1 qol vuran millimiz ardıcıl 4 quru məğlubiyyətdən sonra sindromu qırmaq əzmindədi.
Bundestim keçirdiyi qarşılaşmalarda qol buraxmadığından millimizin işi o qədər də asan olmayacaq. Reqensburq şəhərindəki “Kontinental Arena”dakı matç yığmamızın 3-cü səfəri olacaq. Uğurlu Farer adaları səfərindən sonra Avstriyada 7 cavabsız qol buraxan millimiz bu dəfə də böyük hesablı məğlubiyyət alsa, baş məşqçi istefası gündəmə gələ bilər. Çünki yığmanın seçmə mərhələdəki çıxışından narazılığın AFFA-da da müzakirəyə çıxarılması və xəbərdarlıqla nəticələnməsi də bundan xəbər verir.
Komandamızı bir pillə geriləmək təhlükəsi də gözləyir. Farer adaları ilə qarşılaşan Rusiya yığması qalib gəlsə, millimizi keçmək imkanı əldə edəcək. Bu üzdən də ən azı mövqeyini qorumaq üçün Vahabzadənin yetirmələrinə 1 xal lazımdı. Bu, irəliləmək üçün yetərli olmasa da 4-cü yer uğrunda mübarizə baxımından vacibdi. Düzdü, az oyun keçirən rusiyalılardan öndə qərarlaşmağın özü də müvəqqəti ola bilər. Şimallılar sonradan keçirəcəyi matçlarda xal hesabını artırmaq imkanına malikdi.
Lakin görüş təkcə yığmamız üçün deyil, Almaniya üçün də çox vacib əhəmiyyətə malikdi. Hazırda 1-ci pillədə qərarlaşan Horst Hrubeşin yetirmələri liderliyini qorumaq üçün xal itirməməlidi. Eyni xala malik digər iki komanda – Avstriya və Finlandiya da eyni gündə qarşılaşdığından Bundestimin xal itkisi lideri dəyişə bilər.
Bu matç komandaların seçmə mərhələdə ikinci dueli olacaq. Almaniya yığması sentyabrın 8-də “Dalğa Arena” keçirilən görüşdə 3 cavabsız qolla qalib gəlmişdi.
Qeyd edək ki, Almaniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
AVRO-2017-nin seçmə mərhələsi
7-ci qrup
13 noyabr
21:00. Almaniya – Azərbaycan
Baş hakim: Svetan Krastev
Baş hakimin köməkçiləri: İvan Valçev, Krum Stoylov
Dördüncü hakim: Stanislav Todorov (hamısı Bolqarıstan)
Reqensburq. “Kontinental Arena”
|
1 |
Almaniya |
3 |
3 |
0 |
0 |
13-0 |
9 |
|
2 |
Avstriya |
3 |
3 |
0 |
0 |
13-3 |
9 |
|
3 |
Finlandiya |
4 |
3 |
0 |
1 |
6-4 |
9 |
|
4 |
Azərbaycan |
5 |
1 |
0 |
4 |
1-13 |
3 |
|
5 |
Rusiya |
2 |
0 |
0 |
2 |
3-6 |
0 |
|
6 |
Farer adaları |
3 |
0 |
0 |
3 |
0-10 |
0 |
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI