[b]Yaxınları Nuru Əliyevdən üz döndərir[/b]
14.07.2014 - 15:43
[b]Yaxınları Nuru Əliyevdən üz döndərir[/b]

Vladislav Qədirov vaxtilə baş məşqçisi olduğu “Rəvan” klubundan yenə ayrılıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, martda komandanın Müşahidə Şurasına (MŞ) üzv gətirilən Qədirov burada qalmaq istəməyib.

 

O, klub rəhbərliyinə məşqçi işləmək istədiyini deyib və xahişi qəbul olunub. Sahibi Nuru Əliyev olan komandada 3 dəfə baş məşqçi postunda çalışan və hər dəfə də uğursuzluğa görə istefaya göndərilən Qədirov Müşahidə Şurasında veteran futbolçu kimi təmsil olunması ilə barışmaq istəməyib.

 

Qeyd edək ki, Qədirovun məşqçi kimi “Rəvan”a 3-cü dönüşü ötən mövsümün əvvəllərinə təsadüf edib. Ancaq o, 7 turdan sonra Şahin Diniyevlə əvəzlənmiş, millimizin sabiq çalışdırıcısı isə qış fasiləsində “sükan”ı türkiyəli Güvənç Kurtara vermişdi. Kurtar isə mövsümün sonunda komandanı aşağı dəstəyə düşməkdən qurtara bilməmişdi.