“Mançester Yunayted”in yeni transferi Aleksis Sançes sərt cəzaya məruz qala bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, çilili forvard dopinq-testdən qaçmaqda günahlandırılır.
Məsələ burasındadı ki, UEFA-nın nümayəndələri öncədən təyin edilmiş vaxtda “Arsenal”ın futbolçularından test götürmək üçün klubun bazasına yollanıblar. Lakin test götürüləcək futbolçular arasında adı yer alan Sançes həmin gün “Mançester Yunayted”lə danışıq aparmaq üçün Mançesterə gedib.
“Arsenal” bu barədə UEFA-nı məlumatlandırmadığı üçün cəza ala bilər. Qitə futbol qurumu həmçinin Sançesin dopinq-testdən qaçdığını əsas gətirərək, onun barəsində araşdırmaya başlayıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı