[b]Yığma komandamızdan növbəti darmadağın və çempionluq[/b]
23.08.2015 - 16:11
[b]Yığma komandamızdan növbəti darmadağın və çempionluq[/b]

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunmuş “Baltic Cup” turnirinin qalibi olub. Apasport.az saytının məlumatına görə, turnirin son oyununda Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız böyükhesablı qələbə qazanıb – 5:0.

 

Nigar Cəlillinin dubl etdiyi oyunda hərəyə 1 dəfə Kristina Bakarandze, Yaiza Relea və Natalia Rodelgo fərqlənib.

 

Xatırladaq ki, yığmamız turnirdəki ilk oyununda litvalı həmyaşıdlarını 1:0, növbəti qarşılaşmada isə Latviya komandasını 4:0 hesabı ilə məğlub etmişdi.