[b]Yığmalarımızın Antalyadakı oyunlarında yeganə məqam...[/b]
26.02.2015 - 11:39
[b]Yığmalarımızın Antalyadakı oyunlarında yeganə məqam...[/b]

Azərbaycan milli komandalarının Antalya toplanışı başa çatır. Apasport.az saytının məlumatına görə, fevralın 20-də Türkiyəyə yollanan 3 yığmamız bir həftəlik hazırlıqları yekunlaşdırıb, bu gün Bakıya qayıdacaq.

 

Əsas, U-21 və U-16 milliləri qonşu ölkədə olduğu müddətdə yoxlama oyunlarında da qüvvəsini sınayıb. Komandalarımız üst-üstə 6 belə matç keçirib. Robert Prosineçkinin baş məşqçi olduğu əsas komandamız bir, Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-21 iki, Təbriz Həsənovun çalışdırdığı U-16 isə 3 matçda meydana çıxıb.

 

Komandalarımızın qüvvəsini sınadığı 6 rəqibdən 4-ü klub, 2-si isə yığma olub. Bu matçlarda 3 qələbə qazanıb, 3 dəfə məğlub olan yığmalarımız səfəri heç-heçələrsiz başa vurub.

 

Millilərin Antalya toplanışında diqqəti çəkən müsbət məqam millilərimizin bütün oyunlarda qol vurmasıdı.

 

Ümumilikdə isə Türkiyədə 18 qol vuran futbolçularımız 9 top buraxıb.

 

Əsas yığma

24.02.2015. “Şaxtyor” (Ukrayna) – 1:2

 

U-21

23.02.2015. “Atırau” (Qazaxıstan) – 2:1

25.02.2015. Qana U-20 – 1:2

 

U-16

21.02.2015. “Benfika” U-17 (İsveçrə) – 9:0

24.02.2015. Belarus U-17 – 1:2

25.02.2015. “Konnerud” U-17 (Norveç) – 4:2