Bakıda Moldova ilə keçirilən yoxlama oyunu 6 futbolçunun Azərbaycan millisində debütü ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, start heyətində meydana çıxan Rəhman Hacıyev, Pavel Paşayev, həmçinin sonradan meydana daxil olan Aqil Məmmədov, Elşən Rzazadə, Ürfan Abbasov, Rəşad Eyyubov karyeralarında ilk dəfə ölkəmizin əsas yığmasında forma geyinib.
Bununla da millidə oynamış futbolçuların sayı 210-a çatıb. Moldova ilə görüşədək baş tutan 218 qarşılaşmada 204 oyunçu meydana çıxmışdı.
Robert Prosineçkinin baş məşqçi olduğu 2015-ci ildəki 8 qarşılaşmada bunadək 8 oyunçu – Namiq Ələsgərov, Eddi İsrafilov, Ruslan Qurbanov, Məhəmməd Qurbanov, Məhəmməd Mirzəbəyov, Coşqun Diniyev, Cavid Tağıyev, Elnur Cəfərov debüt edib.
Qeyd edək ki, millinin rekordçusu Rəşad Sadıqovdu. Onun hesabında 101 oyun var.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI