[b]Yığmamız “lotoreya”da sevindi[/b]
18.04.2018 - 20:13
[b]Yığmamız “lotoreya”da sevindi[/b]

16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bosniya və Herseqovinada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Makedoniya ilə matç 1:1 hesabı ilə başa çatıb.

 

Yığmamızın qolunu Melis Ersoy vurub. 

 

Turnirin Əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən futbolçularımız 6:5 hesabı ilə qələbə qazanıb.

 

Yığmamız növbəti oyununu aprelin 20-də Xorvatiyaya qarşı keçirəcək.