[b]Yığmamız Almaniyada oynayacaq[/b]
01.12.2017 - 14:18
[b]Yığmamız Almaniyada oynayacaq[/b]

17 və 19 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunun qrup oyunlarının keçiriləcəyi ölkələr müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hər iki yaş qrupu üzrə Azərbaycan yığmasının mübarizə aparacağı məkan da bəlli olub

 

17 yaşadək futbolçularımız Almaniyada mübarizə aparacaq. VII qrupda meydan sahibi və yığmamızla yanaşı, İrlandiya və İslandiya da qüvvəsini sınayacaq. Bu qrupun görüşləri 2018-ci il martın 22-28-də baş tutacaq.

 

U-19 yığmamızın yer aldığı III qrupun komandaları Finlandiyada bir araya gələcək. Gələn il aprelin 4-10-da Fransa, Belçika, Finlandiya və Azərbaycan milliləri final mərhələsinə vəsiqə üçün mübarizə aparacaq.