[b]Fransadan millimizə 6 cavabsız qol - YENİLƏNİB[/b]
04.04.2018 - 15:26
[b]Fransadan millimizə 6 cavabsız qol - YENİLƏNİB[/b]

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunun III qrupunda oyunlara start verilib. Apasport.az saytının məlumatına görə, qarşılaşmaları Finlandiyada təşkil olunan turnirin ilk matçında Azərbaycan və Fransa milliləri üz-üzə gəlib.

 

Matç Lahti şəhərində baş tutub. Vüqar Əsgərlinin baş məşqçisi olduğu yığmamız ilk 30 dəqiqədə Delabrenin vurduğu üç topa üzülüb. Fasilədən sonra fransalılar daha 3 qol vurublar. Nəticədə yığmamız elit-raunda acınacaqlı məğlubiyyətlə başlayıb – 0:6.

 

Qeyd edək ki, qrupun digər görüşündə Finlandiya ilə Belçika münasibətlərinə aydınlıq gətirəcək.

 

 

19 yaşadək qızlar arasında Avropa çempionatı

Elit-raund, III qrup 

I tur

 

4 aprel

Fransa – Azərbaycan - 6:0

Qollar: Delabre, 10 (pen.), 19, 30, Bussaha, 67, 70, Kardita, 90+2

Lahti. “Kisapuisto” stadionu