[b]Yığmamız İrlandiyada biabırçı hesabla uduzdu[/b]
26.02.2015 - 09:34
[b]Yığmamız İrlandiyada biabırçı hesabla uduzdu[/b]

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri İrlandiyadakı təlim-məşq toplanışında ilk sınağına çıxıb.

 

Millimiz ada təmsilçisinin U-19 komandası ilə görüşüb. Meydan sahibləri ilə bacarmayan yığmamız böyük hesablı məğlubiyyətə üzülüb – 0:6.

 

Qeyd edək ki, Azərbaycan və İrlandiya milliləri arasında ikinci yoxlama oyunu sabah keçiriləcək.