[b]Yığmamız məğlubiyyətlə başladı[/b]
11.04.2018 - 14:47
[b]Yığmamız məğlubiyyətlə başladı[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bosniya və Herseqovinada təşkil olunan UEFA İnkişaf turnirinə qatılıb. Apasport.az saytının məlumatına görə, komandamız turnir çərçivəsində bu gün ilk matçına çıxıb.

 

Belə ki, Ramin Quliyevin yetirmələri makedoniyalı həmyaşıdları ilə qarşılaşıblar. Oyun rəqibin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

 

U-17 turnirdə növbəti matçını aprelin 13-də Xorvatiya, son oyununu isə 15-də ev sahibi Bosniya və Herseqovinaya qarşı keçirəcək.

 

0