Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi hesabat dövründə heç bir oyun keçirmədiyindən komandamızın xal hesabı dəyişməz qalıb.
Yığmamızın hesabında 1354 xal var. Faustino Peresin yetirmələri bu göstərici ilə siyahının 14-cü pilləsində qalıb.
Cədvəlik ilk “20-liy”ində heç bir dəyişiklik baş verməyib. Siyahıya yenə İspaniya başçılıq edir – 1922 xal. Braziliya 1910 xalla 2-ci, Rusiya 746 xalla 3-cüdü.
AVRO-2016-nın pley-off mərhələsində yığmamızın rəqibi olan Slovakiya 1 pillə geriləyib. Rəqibimiz hazırda 1219 xalla 24-cüdü.
DÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərimizdən Xorvatiya və Belarus isə mövqeyini qoruyub. Balkanlılar 1340 xalla dünyanın 15-ci komandasıdı. Belaruslular isə 1230 xalla 22-ci pillədə yer alıb.
Dünyanın ən güclü 20 millisi
1. İspaniya - 1922
2. Braziliya - 1910
3. Rusiya – 1746
4. İtaliya - 1721
5. Argentina – 1650
6. İran - 1611
7. Portuqaliya - 1596
8. Ukrayna – 1494
9. Kolumbiya - 1415
10. Çexiya - 1412
11. Yaponiya – 1403
12. Paraqvay - 1390
13. Sloveniya – 1360
14. AZƏRBAYCAN – 1354
15. Xorvatiya - 1340
16. Rumıniya - 1335
17. Serbiya - 1318
18. Tailand - 1295
19. Özbəkistan - 1272
20. Qazaxıstan - 1260