19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunda Fransaya 0:6 hesabı ilə uduzan Azərbaycan millisi 15-ci dəfədi acınacaqlı məğlubiyyət alır. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirdə keçirdiyi 40-cı görüşədək 14 dəfə belə yenilgi almışdı.
Millimiz baş tutan oyunlarının 37,5 faizində 3 və ya daha çox top fərqi ilə uduzub. Komandamız cari çempionatda ikinci dəfə belə zərbə alır.
Seçmə mərhələdə də yığmamız 6 cavabsız qol buraxıb. Ümumiyyətlə, son 3 matçda qola həsrət qalan Vüqar Əsgərlinin yetirmələri cəmi 158 gün öncə İspaniyaya eyni hesabla uduzub.
Yığmamızın tarixinə baxsaq, 0:20, 0:10 kimi üzücü nəticələr də olub. Futbolçularımız 8-ci dəfə 6 və ya daha çox top fərqilə yenilib.
19 yaşadək qızlardan ibarət yığmamızın Avropa çempionatlarındakı böyük hesablı məğlubiyyətləri
28.09.2004. Danimarka – 0:20
30.09.2004. Fransa – 0:10
27.09.2005. Polşa – 0:7
29.09.2005. Çexiya – 0:3
27.09.2007. Ukrayna – 0:3
29.09.2007. Şotlandiya – 0:3
20.10.2012. Rusiya – 0:5
22.10.2012. İsveç – 0:10
25.10.2012. Sloveniya – 0:6
15.09.2014. Danimarka – 0:3
07.04.2016. İrlandiya – 0:3
10.04.2016. Almaniya – 1:5
17.09.2016. İspaniya – 0:7
28.10.2017. İspaniya – 0:6
04.04.2018. Fransa – 0:6