Futzal üzrə milli komandaların mart reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda planetin 162 yığması yer alıb.
Bunlardan 114-cü əsas cədvəldə, 48-i isə sıralamadan kənar verilib. Məsələ ondadı ki, həmin yığmalar son illərdə zəruri olan matç sayını belə keçirməyib.
Ötən ayın əvvəlində keçirilən qitə çempionatlarından sonra açıqlanan siyahı ilə müqayisədə ciddi dəyişiklik olmayıb. Bu da hesabat dövründə beynəlxalq görüşlərin azlığı ilə bağlıdı.
Cədvəlin ilk 10 pilləsində dəyişiklik olmayıb. Azərbaycan millisi 1440 xalla 10-cu yerdə qalıb. Joze Alesionun yetirmələri 9-cu olan Ukraynadan 42 xal geri qalır. Millimizlə 11-ci olan Paraqvay arasında isə 37 xal fərq var.
Qeyd edək ki, cədvələ 1935 xala malik Braziliya başçılıq edir.
İlk “onluq”
1. Braziliya - 1935
2. İspaniya – 1807
3. Rusiya - 1700
4. Portuqaliya - 1692
5. Argentina - 1691
6. İran - 1654
7. İtaliya - 1552
8. Qazaxıstan - 1532
9. Ukrayna - 1482
10. Azərbaycan – 1440