21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə 24 futbolçuya dəvət göndərib.
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də “Dalğa Arena”da Avstriya, 8-də isə Almaniya millisi ilə qarşılaşacaq komandamız avqustun 26-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq.
Dəvət edilən 24 futbolçudan yalnız 4-ü ölkə xaricində çıxış edir.
Heyət belədi: Elşən Abdullayev, Fəhmin Muradbəyli, Elvin Bədəlov, Məqsəd İsayev (hamısı “Neftçi”), Şahrudin Maqomedaliyev, Cəmil Hacıyev, Tərlan Əhmədli (hamısı “Sumqayıt”), Orxan Əliyev, İlyas Səfərzadə (hər ikisi “Xəzər Lənkaran”), Azər Salahlı, Vüqar Mustafayev (hər ikisi “Qarabağ”), Rəşad Əzizli, Nicat Muxtarov (hər ikisi “Rəvan”), Tellur Mütəllimov, Adil Nağıyev (hər ikisi “Zirə”), Budaq Nəsirov, Azad Kərimov (hər ikisi “Kəpəz”), Tural Hümbətov (AZAL), Elmin İsmayılov (“Şəmkir”), Rüstəm Rüstəmli (“Bakı”), Dmitri Nağıyev (“Dnepr”, Ukrayna), Bilal Sezer (“Borussiya”, Münhenqladbax, Almaniya), Kərəm Benke, Taşkın İlter (hər ikisi “TSG Neustrelitz”, Almaniya).
Qeyd edək ki, Azər Salahlı və Vüqar Mustafayev toplanışa avqustun 28-də, Dmitri Nağıyev 30-da, Bilal Sezer, Kərəm Benke və Taşkın İlter 31-də qoşulacaq.