[b]Yığmamız birincilik şansı ilə vidalaşdı[/b]
05.12.2017 - 11:00
[b]Yığmamız birincilik şansı ilə vidalaşdı[/b]

İranda keçirilən futzal üzrə “4 Top Nations” beynəlxalq turnirində II tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının Rusiyaya 3:4 hesabı ilə uduzduğu turda İran Qazaxıstana qalib gəlib – 2:1.

 

Bu nəticələrdən sonra millimiz 1-ci yer şansını itirib. Hazırda 3-cü pillədə qərarlaşan komandamız sabah baş tutacaq son turda autsayder – Qazaxıstanla üz-üzə gələcək.

 

Komandamız qələbə qazansa, 3-cü, liderlər Rusiya və İran arasında qarşılaşmanın nəticəsindən asılı olaraq, 2-ci yerə də sahib çıxa bilər.

 

Qeyd edək ki, millimiz ilk turda meydan sahibləri ilə heç-heçə edib – 3:3.

 

1

Rusiya

2

1

1

0

7-6

4

2

İran

2

1

1

0

5-4

4

3

Azərbaycan

2

0

1

1

6-7

1

4

Qazaxıstan

2

0

1

1

4-5

1