[b]Yığmamızın çempion qarşısında imtahanı[/b]
08.11.2017 - 11:29
[b]Yığmamızın çempion qarşısında imtahanı[/b]

Bu gün 21 yaşadək futbolçular arasında AVRO-2019-un seçmə mərhələsində növbəti oyunlara start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi bu ay keçirəcəyi ilk qarşılaşmaya sabah çıxacaq.

 

V qrupda mübarizə aparan yığmamız ikinci ev oyununda qüvvəsini sınayacaq. Samir Ələkbərovun baş məşqçisi olduğu komandamız Almaniya ilə görüşəcək.

 

Bu yaş qrupunda son Avropa çempionu olan Bundestim Bakıya titulun sahibi kimi gəlir. Ardıcıl ikinci oyununu almaniyalılara qarşı keçirəcək millimiz meydana sensasiya istəyi ilə çıxacaq.

 

Keçirdiyi bütün görüşlərdə uduzan və sonuncu pillədə qərarlaşan yığmamız doğma azarkeşlər önündə ilk xal üçün mübarizə aparacaq. Oktyabrın 6-da Kotbusda keçirilən matçda 1:6 hesabı ilə uduzan Ələkbərovun yetirmələri “Dalğa Arena”dakı matçda möcüzəyə ümidlidi.

 

Keçirdiyi hər üç matçda qol sevinci yaşayan yığmamız bu dəfə də rəqib qapısına yol tapmağa çalışacaq. Lakin komandamız arxa xətti də düşünməlidi. 3 görüşdə 12 top buraxan millimiz müdafiə olunmağı bacardığını çempionla imtahanda göstərməlidi.

 

5 gün sonra Kosovunu sınağa çəkəcək millimiz həmin qarşılaşmanı da düşünmək məcburiyyətindədi. Yığmamız “dişinə görə” olan rəqiblə matç öncəsi cəza və zədədən də qaçmalıdı ki, balkanlıları yenməkdə çətinliklə üzləşməsin.

 

Qeyd edək ki, qrupun sabah keçiriləcək digər matçında Kosovo İsraili qəbul edəcək.

 

21 yaşadək futbolçular arasında Avropa çempionatı

Seçmə mərhələ, V qrup

9 noyabr

 

18:00. Azərbaycan – Almaniya

Baş hakim: Daniyar Saxi

Baş hakimin köməkçiləri: Alibek Aubakirov, Yevgeni Belski

Dördüncü hakim: Bulat Sarıyev (hamısı Qazaxıstan)

Bakı. “Dalğa Arena” stadionu

 

1

İrlandiya

4

3

1

0

8-1

10

2

Almaniya

3

2

0

1

8-4

6

3

Kosovo

4

2

0

2

6-4

6

4

Norveç

5

1

2

2

5-7

5

5

İsrail

3

1

1

1

3-5

4

6

Azərbaycan

3

0

0

3

3-12

0