[b]Milli komandamızın oyunlarının vaxtı dəyişdirildi[/b]
24.08.2015 - 11:42
Futzal üzrə Azərbaycan millisinin Türkmənistanla keçirəcəyi yoldaşlıq oyunlarının tarixi dəyişdirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşmalar əvvəlcədən xəbər verildiyindən 1 gün sonra baş tutacaq.
Belə ki, matçlar avqustun 24-də və 26-da deyil, 25-də və 27-də keçiriləcək. “ABU Arena”da təşkil olunacaq hər iki oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, bu qarşılaşmalar futzal üzrə Avropa çempionatının pley-off mərhələsinın Slovakiya ilə oyunlarına hazırlıq xarakteri daşıyır.
Mənbə: affa.az
0
0